Ana içeriğe atla

Yeni il Tedbir Senarisi Ve Yeni il Sekilleri


Her il dekabr ayinin 31-de butun dunya azerbaycanlilarinin milli hemreylik gunu qeyd olunur. Dunyada bir neche on milyonlarla azerbaycanlilar yashayir. Onlar yalniz oz veteninde Azerbaycan Respublikasinda (Shimali Azerbaycan) ve Iranda (Cenubi Azerbaycan) yox ve hett da Turkiyada, Almaniyada, Fransada, Boyuk Britaniyada, Skandinav olkelerinde, ABSh-da, Yaxin Sherq olkelerinde de yashayirlar. Ancaq azerbaycan diasporunun en gorkemlisi Rusiyadidir. Muxtelif melumatlara gore Rusiyada 1,5-2 milyon azerbaycanli yashayir.Azerbaycan Respublikasinin yaranmasi, azerbaycanlilarin oz movqeyinin ve shuurunun artmasina boyuk tekan verdi. Milli dirchelishe, milli elaqelerin guclenmesi telebati daha da artdi. Buna cavab olaraq, 1993-cu ilde Azerbaycan Respublikasi prezidentinin fermani ile 31 dekabr-dunya azerbaycanlilarin hemreylik gunu elan edildi. Hemin gun dunyanin bir chox olkelerinde azerbaycan ichtimayeti terefinden qeyd olunur. Yeni İl Bayramı - dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.


 Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, “Karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb. Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü - İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü. Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.

Bu blogdaki popüler yayınlar

Rəşad İsayev kimdir?

  Dr. Rəşad İsayev   – European Academy of Dermatology and Venereolgy, International Dermoscopy Society, American Academy of Dermatology – nin həqiqi üzvü olub, hal-hazırda Salutem Dermatoloji Klinikasında Həkim dermatokosmetoloq kimi fəaliyyət göstərir.   2014 – cü ildə “ Akne elementlərinin qarışıq mikrobiota ilə yoluxması zamanı Acne Vulgarisin patogenezinin xüsusiyyətləri ” mövzusunda tədqiqatlarını sonlandırıb və uğurla müdafiə edərək “Tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almışdır.   Əsas elmi və tibbi fəaliyyəti dərinin kəskin və xroniki xəstəliklərinin müasir müayinə və müalicə üsullarının araşdırılması və tətbiq edilməsi, o cümlədən müxtəlif kosmetoloji proseduraların (botoks, dolğu, lazer, pilinq, dermatoloji cərrahiyyə və s.) tətbiq olunmasıdır.   2013 – cü ildə ABŞ – nın New York şəhərində Icahn School of Medicine at Mount Sinai Universitetinin Department of Dermatology and Dermatologic surgery bölməsində Cosmetic and Dermatologic Surgery, Procedu...

Hazır Sayt Satışı

Salam. Güvenilir Server Çox Axtardım və sonda axtarışım nəticə verdi. www.HOSTAR.az  serverini tapdım. Digər serverler kimi aylıq vaxtı çatan zaman saytı bağlayıb userlerinizi qaçırtmır. Bundan əlavə olaraq hər müştərilərinə istədikləri logonu pulsuz düzəldillər . Əvvəl inanmadıq belə servis göstərəcəklərinə. Düşündük ki bəzi serverlər kimi bu serverdə sadəcə user yığmaq üşün edir. 5 Azn pulumuzdan keçdik və Hazır Chat Sifariş verdik. Sifariş verdikdən 1 saat sonra sifarişimiz tam hazır halda bizə təhvil verildi. Hər gün 5 ədə logo sifariş edirdim və heç bir problem olmadan düzəldib mənə təhvil verirdilər. Gözəl hissəsini indi deyim sizə. Mən başqa saytlardan logo sifarişi alırdım və serverə pulsuz düzəltdirib satırdım. Beləliklə aylıq qazancım 70-80 Azn olmuşdu. Lakin hələdə inanmadım ki aylıq vaxtı çatan zaman saytı bağlamayacaqlar. Bunuda Test etmək qərarına gəldim. Və aylığı tamı tamına 2 həftə gecikdirdim. Lakin Aylıq çatan zaman server sahibi ( Tural Qasımov ) mənə yazar...

Yeni il Seirleri - Yeni il Senarisi

Sevinin, a dostlar, sevinin bu gün Yenə də bir yeni illə görüşdük. Qəmi unutduran, kədəri danan Neçə şirin-şirin dillə görüşdük. Yenə də bir vərəq doldu ömürdən, Bir qamçı da dəydi göy atımıza. Bir çəngə gül-çiçək yoldu ömürdən, Şənlik gətirənlər ovqatımıza. Ürək odlandıqca gözlər yaş süzər, Yaşlardır söndürən ürəkdə odu. Olsa da həyatın sonucu kədər, Sevincdə, gülüşdə, dəmdədir dadı. Uşaq cavanlaşır, qocalır cavan, Yaş üstə yaş gəlir, hər yeni ildə. Qalacaq yenə də sirli, sehirli Hər solan çiçək də, açılan gül də. Sevinin, a dostlar, sevinin, bu gün Sevinclər bəzəsin anlarınızı. Gəlsin xoş xəbərlər hey dəstə-dəstə, Müjdələr oxşasın günlərinizi. Müəllif: Elbəyi Cəlaloğlu ---------------------------------------------------------- yeni il gelir Süd kimi ağ qar ilə, Çoxlu-çoxlu bar ilə, Qış ilə, bahar ilə Y eni il gəldi, Yeni il gəldi. Neçə nübar ilə, Yeni il gəldi. Dekabrın son günü, Bizə tutub üzünü, Dedi ürək sözünü: Yeni il gəldi, Yeni il gəldi. Gör...