Sevinin, a dostlar, sevinin bu gün Yenə də bir yeni illə görüşdük. Qəmi unutduran, kədəri danan Neçə şirin-şirin dillə görüşdük. Yenə də bir vərəq doldu ömürdən, Bir qamçı da dəydi göy atımıza. Bir çəngə gül-çiçək yoldu ömürdən, Şənlik gətirənlər ovqatımıza. Ürək odlandıqca gözlər yaş süzər, Yaşlardır söndürən ürəkdə odu. Olsa da həyatın sonucu kədər, Sevincdə, gülüşdə, dəmdədir dadı. Uşaq cavanlaşır, qocalır cavan, Yaş üstə yaş gəlir, hər yeni ildə. Qalacaq yenə də sirli, sehirli Hər solan çiçək də, açılan gül də. Sevinin, a dostlar, sevinin, bu gün Sevinclər bəzəsin anlarınızı. Gəlsin xoş xəbərlər hey dəstə-dəstə, Müjdələr oxşasın günlərinizi. Müəllif: Elbəyi Cəlaloğlu ---------------------------------------------------------- yeni il gelir Süd kimi ağ qar ilə, Çoxlu-çoxlu bar ilə, Qış ilə, bahar ilə Y eni il gəldi, Yeni il gəldi. Neçə nübar ilə, Yeni il gəldi. Dekabrın son günü, Bizə tutub üzünü, Dedi ürək sözünü: Yeni il gəldi, Yeni il gəldi. Gör...